22 oktyabr 2018 22:16
2854

BP yeni neft yatağının istismarına başlayacaq

 Böyük Britaniyanın BP enerji şirkəti Şetlandın qərbində yerləşən “Alligin” yatağının istismarına başlamaq üçün Britaniya hökumətinin icazəsini alıb.

 “offshoreenergytoday.com” saytı xəbər verir ki, BP-nin hesablamalarına görə, bu yataqda 20 milyon barrel neft ekvivalenti həcmində ehtiyat var və şirkət gündəlik 12 min barrel neft ekvivalenti həcmində hasilat planlaşdırır.

 “Alligin” yatağı 475 metr su dərinliyində yerləşir. Yataqda iki yeni quyunun qazılması nəzərdə tutulub. BP hasilata 2020-ci ildən başlayacağını açıqlayıb.