22 oktyabr 2018 22:17
2862

Yaponiya 4 milyard dollar vəsait xərcləyib

 Yaponiya hökuməti ötən il özəl şirkətlərlə birgə əsas hissəsi Asiyada olmaqla mayeləşdirilmiş təbii qaz layihələrinə 4 milyard dollar vəsait xərcləyib. Məlumatı ölkənin ticarət nazirliyi açıqlayıb.

 “reuters.com” saytı xəbər verir ki, bu vəsait Asiyanın inkişaf etməkdə olan ölkələrində və digər ölkələrdə qazma, hasilat və emal sahələrini əhatə edib.

 Xatırladaq ki, 2017-ci ilin iyun ayında Asiyada mayeləşdirilmiş təbii qaz bazarını genişləndirməklə bağlı ABŞ və Yaponiya enerji rəsmiləri birgə razılığa gəliblər.

 Asiya mayeləşdirilmiş təbii qaz bazarının genişlənməsi ABŞ-ın mayeləşdirilmiş təbii qaz ixracına tələbatın artmasına səbəb olacaq.