22 oktyabr 2018 22:20
2828

“Shell” aktivlərini satıb

“Shell” Danimarkanın əsas ofşor hasilat müəssisəsində olan payını Norveçin “Noreco” şirkətinə 1,9 milyard dollara satmağa razılaşıb. Buna səbəb “Shell”in ümumiyyətlə həmin ölkəni tərk etmək niyyəti olub.

“Noreco” yeni əldə etdiyi aktivlərdə kifayət qədər resurs olduğuna inandığını və hasilatının yüksələcəyini açıqlayıb.

Xatırladaq ki, son illər Şimal dənizində hasilat aşağı düşdüyündən Avropa Birliyinin yeganə neft və qaz ixrac edən ölkəsi olan Danimarka bu ildən neft idxalına başlayıb.

Ölkədə neft və qaz hasilatının 2020-ci ilin ortalarından “Tyra” yatağının istismarından sonra tədricən yüksələcəyi proqnozlaşdırılır.