22 oktyabr 2018 22:21
2867

Pakistanın enerji sahəsində islahatlara ehtiyac var

Pakistanın neft və təbii sərvətlər naziri Qulam Sarvar Xan ötən beş il ərzində ölkənin neft və qaz sektorunda heç bir yeni kəşfə imza atılmadığını açıqlayıb.

Enerji forumunda iştirak edən nazir keçmiş hökumətlərin ölkədə neft-qaz sahəsinə diqqət ayırmadıqlarını bildirib.

Nazir Pakistanın hazırda güclü enerji böhranı yaşadığını, 1960-cı ildən bəri ölkədə heç bir iri müəssisənin qurulmadığını vurğulayıb.

O, qeyd edib ki, Pakistanın neft məhsulları, mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş neft qazı idxalına illik xərcləri 12 milyard dollardan artıqdır.

Nazir hər il bu məbləğdə vəsaitin xaricə axmasına qarşı olduğunu və yeni hökumətin neft və qaz sahəsində təcili yeni addımlar atmalı olduğunu bildirib.