22 oktyabr 2018 22:34
2706

Oklahoma ştatında sızma

Rəsmilərin verdiyi məlumata görə,  Oklahoma ştatının McClain əyalətində  şənbə günü sızma müşahidə olunub. Əyalətin  “Emergency Management”  departamentinin gəldiyi  qənaətə görə,  neft sızması Sooner Ave. və  Ladd Ave. ərazilərinin cənubundakı Turkey Creek körfəzinə qədər çatıb. Hadisənin baş verməsinə səbəb neft çəninin sızması olub və 150 barrel neft körfəz boyunca suya qarışıb.

“İki sahil” kfor.com saytına istinadən xəbər verir ki,  “Oklahoma Corporation Commission” şirkətinin əməkdaşları sızmanın baş verdiyi hadisə yerindədir və hazırda əyalətdə təmizləmə işləri aparılır.