Yerli hakimiyyət orqanları və mətbuatın verdiyi xəbərə görə, iki həftə əvvəl Korsika yaxınlığında iki yük gəmisi arasında toqquşma baş verdikdən sonra Fransanın cənubunda çoxlu sayda çimərliyə neft tökülüb.
Cümə günü Toulonun prefekturiyasından olan rəsmilərin verdikləri məlumata görə, 9 bələdiyyə ərazisindən 26 çimərlik çirklənməyə məruz qalmış və yerli əhaliyə neft çirklənmiş ərazidən uzaqlaşmaları tövsiyə edilib.
Bazar günü “Var-Matin” regional qəzeti Hyeres şəhərinin cənubundakı Almanarre çimərliyinin neftdən çirkləndiyini və bölgəyə gələn qonaqlar bundan əziyyət çəkdiklərini bildirib. Prefekturiyadan daha əvvəl bildirilmişdi ki, Fransız Rivierası Saint-Tropez şəhəri, digər iki yaxın şəhər ilə birlikdə çirkənib.
“İki sahil” gulf-times.com saytına istinadən xəbər verir ki, bütün həftə sonu təmizlənmə əməliyyatları davam etdirilib. Ərazinin çirklənmədən tamamilə təmizlənməsinin 1 ay çəkəcəyi güman edilir.