Prezidentin robot Sofiya ilə söhbəti: "Siz çox ağıllı və gözəlsiniz"

23 oktyabr 2018 21:30
3394

Bu gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Kompleksində dünyaca məşhur Robot Sophia dövlət başçısına təqdim olunub.

Prezident İlham Əliyev süni intellektin idarə etdiyi android-robotla söhbət edib. İngilisdilində baş tutan söhbət zamanı Sofiya Azərbaycanda gedən proseslər haqqında məlumatlı olduğunu deyib, həmçinin ASAN Xidmət konsesiyası ilə bağlı fikirlərini bölüşüb. 

"Siz elektron idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət ayırırsınız",- deyə Sofiya dövlət başçısı ilə söhbətində bildirib.