Rusiyanın “Qazprom” enerji şirkəti Şərqi Sibirin İrkutsk regionunda “Kovitinskoye” təbii qaz və kondensat yatağında gələn ildən hasilat quyularının qazma işlərinə başlayacaq.
“Qazprom” 2022-ci ildən bu yataqda hasilata başlayacağını və yatağı “Sibirin gücü” qaz kəmərinə qoşacağını, kəmər vasitəsilə qazın Rusiyanın Uzaq Şərqinə və Çinə daşınacağını açıqlayıb.
“İki sahil”in “ogj.com” saytına istinadən yaydığı xəbərə görə, “Qazprom” bu il sözügedən yataqda dörd kəşfiyyat quyusu qazıb və 2460 kvadratkilometr sahədə üçölçülü tədqiqatlar həyata keçirib.
1987-ci ildə kəşf edilən “Koviktinskoye” yatağında hasilatın ildə 25 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.