24 oktyabr 2018 14:26
2435

“İchtys” layihəsi üzrə qaz nəqlinə start verildi

Yaponiyanın “İnpex” enerji şirkəti Avstraliyadakı “İchtys” mayeləşdirilmiş təbii qaz layihəsi üzrə hasil edilən qazın daşınmasına başlayıb.

Qeyd edək ki, şirkət həmin yataqda hasilata cari ilin iyul ayının sonlarından start verib.

“İnpex” şirkəti layihə üzrə mayeləşdirilmiş təbii qaz hasilatının tədricən artırılacağını, hasilatın təxminən illik 8,9 milyon tona çatdırılacağını açıqlayıb.

Layihə üzrə hasil edilən mayeləşdirilmiş təbii qazın təxminən 70%-i Yaponiyalı müştərilərə satılacaq. “INPEX” layihə vasitəsilə xüsusilə Yaponiyanı enerji ilə təmin etmək, daha sonra Asiya və dünyanın digər regionlarına enerji göndərmək niyyətindədir.

62,3 % payla layihədə operator olan “INPEX”in şərikləri “Total”, CPC Taiwan” korporasiyası, “Tokyo Gas”, “Osaka Gas”, “Kansai Electric”, “JERA” və “Toho Gas” şirkətləridir.