Azərbaycanın reallaşdırdığı enerji layihələrinin önəmindən danışılıb

24 oktyabr 2018 21:05
2618

SOCAR-da keçirilən görüşdə Azərbaycanın reallaşdırdığı enerji layihələrinin önəmindən danışılıb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən söhbət açılıb.