Londonun “Faroe Petroleum PLC” neft-qaz şirkəti Şimal dənizində yerləşən “Rungne” kəşfiyyat quyusunda kəşfiyyata başlayıb. Şirkət sözügedən quyuda 40% payın sahibidir. Quyu orta Yura yaşlı “Oseberg”, “Etive” və “Ness” formasiyalarını hədəfə alıb. “Rungne” şaquli istiqamətdə qazılıb və ümumi dərinliyi 3490 metrdir.
“İki sahil” morningstar.co.uk saytına istinadən xəbər verir ki, qazma əməliyyatları “Transocean Arctic” yarımdalma qazma qurğusu vasitəsi ilə aparılıb. “Faroe” şirkətinin baş icraçı direktoru Graham Stewart quyuda aktiv kəşfiyyat işlərinin aparıldığını, növbəti 12 ay ərzində 6 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazmaq niyyətində olduqlarını və quyulardan şirkətin gündəlik 80-150 milyon barrel ehtiyat əldə edəcəyini proqnozlaşdırdığını bildirib.
Əlavə olaraq qeyd edək ki, qazılacağı nəzərdə tutulan qiymətləndirmə quyusu nəhəng “Iris-Hades” kəşfində yerləşir və “Faroe” üçün çox yüksək nəticə verəcək.