Afrikanın “FAR Ltd” müstəqil neft -qaz kəşfiyyatı şirkəti Qərbi Afrikanın Qamibiya sahilində yerləşən A2 blokunda “Samo-1” kəşfiyyat quyusunda əməliyyatlara başlayıb. “FAR Ltd” sözügedən blokda 40% payın sahibidir .
“Samo-1” quyusu suyun 1000 metr dərinliyində qazılıb və dərinliyin 3100 metrə çatdırılacağı gözlənilir. Quyunun yerləşdiyi “Samo” prospekti 825 milyon barrel neftin hasil olunduğu 2 əsas rezervuarı hədəfə alıb. “FAR” şirkətinin icraçı direktoru Cath Norman quyunun Seneqalla qonşuluqda yerləşən qazma kampaniyası üzrə qazılacağı nəzərdə tutulan 11 quyudan ilki olduğunu və çox həyəcanlı olduğunu bildirib.
“İki sahil” proactiveinvestors.com.au saytına istinadən xəbər verir ki, “Samo-1” quyusu Qamibiyada 40 il ərzində qazılan birinci quyudur və hazırda bütün dünyanın diqqəti bu quyuya yönəlib.