25 oktyabr 2018 23:32
2345

Karbohidrogen kəşfiyyatı müqaviləsi imzalanıb

 Mozambik hökuməti İtaliyanın “ENİ” şirkətinin Şimali Zambezi hövzəsində, dərin sularda yerləşən “A5-A” ofşor blokunda kəşfiyyat və istismar işlərinə başlaması ilə bağlı müqaviləyə imza atıb.

“allafrica.com” saytı xəbər verir ki, “ENİ” sözügedən blokda kəşfiyyat hüququnu 2014-cü ildə qazanıb. Ümumilikdə bu şirkətin Mozambikdə fəaliyyətə başlaması 2006-cı ilə təsadüf edir. “ENİ” indiyədək Mozambikdə bir çox kəşflərə imza atıb.

 Hazırda “ENİ” orada “Coral South” qaz yatağında üzən mayeləşdirilmiş təbii qaz zavodu tikməyi planlaşdırır. Bu zavodun illik emal gücü 3,4 milyon ton təşkil edəcək, Yataqda hasilat və ixraca 2022-ci ildən başlanılacaq.