30 oktyabr 2018 14:30
2853

Müqavilə imzalanıb

ABŞ-ın “Chevron” enerji şirkəti Hyustonda Braziliyanın “Petrobras” enerji şirkətinə məxsus “Pasadena” emal müəssisəsini almaqla bağlı müqavilə imzalayıb.

Hazırda ABŞ neft şirkətləri emal sahəsində fəaliyyətlərini genişləndirməyə çalışırlar.

Borc içində olan “Petrobras” enerji şirkəti isə 21 milyard dollar məbləğində aktivlərini tezliklə satmaq qərarına gəlib.

“Chevron” enerji şirkəti regionda şist hasilatını 51% yüksəltməyi, gündəlik 270  min barrel neft ekvivalenti həcminə çatdırmağı planlaşdırır. Şirkət Hyustonda emal gücünü artırmaqla, xam nefti hasilat yerinə daha yaxın emal etmək niyyətindədir.