Birləşmiş Ştatların “Earthstone Energy” neft-qaz istismarı və hasilatı şirkəti Midland hövzəsindəki hasilatın aparıldığı və hasilatın aparılmadığı neft və qaz aktivlərini almaq üçün “Sabalo Energy” şirkəti ilə razılığa gəlib. Razılaşmanın nəticəsi olaraq, “Earthstone Energy” şirkəti Midland hövzəsində yerləşən 20.800 ar ərazini əldə edəcək və burada 488 üfiqi istiqamətdə qazılan hasilatın aparıldığı və 349 hasilat işlərinin aparılmadığı aktivlər daxildir.
“İki sahil”in cbs7.com saytına istinadən verdiyi xəbərə görə, satışın ümumi dəyəri təxminən 950 milyon dollardır və şirkət 650 milyon dolları nağd olaraq ödəyəcək.
“Earthstone Energy” şirkətinin direktoru Robert J. Anderson, “Sabalo” şirkətinin hövzə ilə bağlı razılaşma imzalamasını şirkətin hövzədə vacib operatora çevrilməsində böyük bir dönüş nöqtəsi hesab edib. Müşahidələrə əsasən, “Earthstone” Hovard əyalətində sözügedən ərazilərlə yanaşı, bir neçə mühüm aktivlərin sahibidir. Satış işlərinin 2018-ci ilin sonunda tamamlanacağı gözlənilir .