02 noyabr 2018 00:28
3189

Şirkət payını satır

Oman Sultanlığının “Oman Oil Company”  neft kəşfiyyat və hasilatı şirkətinin köməkçi şöbəsi OOCEP   Xazan neft yatağındakı 10% payını  Malayziyanın  dövlət neft şirkəti  “Petronasa” satmağı nəzərdə tutan müqavilə imzalayıb.  Xazan nəhəng neft yatağıdır və yataqda hasilata 2017-ci ilin sentyabr ayından başlanılıb. 

“İki sahil” forbesmiddleeast.com  saytına istinadən xəbər verir ki, yataqdan Oman Sulttanlığı gündəlik 1 milyard kub fut qaz hasil edir, bəzən isə bu göstərici 1.5 milyard kub futa çatır.

Qeyd edək ki, şirkət sözügedən yataqda 40% payın sahibi digər 60 % payın sahibi isə  yatağın operatoru BP şirkətidir.