02 noyabr 2018 15:14
2487

ABŞ-ın neft ehtiyatları artıb

Birləşmiş Ştatların neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatıb. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,3 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 6,4 milyon barrel azalıb.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 334 min barrel azalaraq gündəlik 7,3 milyon barrel təşkil edib. Ölkənin benzin istehsalı isə sutkada 10,4 milyon barrel olub.