İngiltərə- Avstraliyanın BHP nəhəng mədən şirkəti Birləşmiş Ştatların “Eagle Ford”, “Haynesvile” və “Permian” sahillərində yerləşən neft və qaz aktivlərini BP şirkətinin köməkçi şöbəsi olan “BP America Production Company” şirkətinə satıb. Satış işləri artıq yekunlaşıb və şirkət aktivlərini 10.5 milyard dollara satıb.
BP şirkəti saziş imzalandıqdan dərhal sonra ümumi xərcin yarısını ödəyib, digər yarısını isə 6 ay ərzində ödəyəcəyini bildirib.
Qeyd edək ki, şirkət təkcə “Eagle Ford”, “Haynesville”, “Permian” sahillərindəki aktivlərinə 10.4 milyard, qalanını isə “Fayetteville” sahilindəki aktivə ödəyəcək.
“İki sahil” iol.co.za saytına istinadən xəbər verir ki ,”Eagle Ford”, “Haynesville” və “Permian” ümumilikdə 512 000 ar ərazini əhatə edir və sözügedən ərazilərdən BHP şirkəti neft , qaz və mayeləşdirilmiş təbii qaz hasil edirdi.