06 noyabr 2018 20:53
2433

İndoneziya sahillərində təbii qaz təzahürləri

Londonun “Ophir Energy”  neft-qaz hasilatı və kəşfiyyatı şirkəti  İndoneziyanın “Sampang PSC”  sahilində  yerləşən “Paus Biru-1”  kəşfiyyat quyusunda aparılan əməliyyatlar  zamanı  qaz  təzahürlərinə rast gəlib.

“İki sahil” offshoreenergytoday.com saytına istinadən xəbər verir ki, “Sampang PSC”  sahili  “Ophir Energy” şirkətinin köməkçi şöbəsi “Santos Sampang Pty Ltd” tərəfindən  idarə olunur və ərazidə  45%  payın, şəriki “Singapore Petroleum Company” 40% , “Cue Energy” isə 15% payın sahibidir. “Cue Energy” şirkətinin verdiyi məlumata görə, “Paus Biru-1”  kəşfiyyat quyusunda qazma əməliyyatları quyunun 710 metrliyində  aparılıb. Quyuda  qazma əməliyyatları  “COSL HYSY 937” özüqalxan qazma qurğusu vasitəsi ilə   aparılıb və qazma işlərinə  oktyabrdan başlanılıb. Qaz təzahürlərinin aşkar olunduğu quyu    “Mundu” formasiyasını hədəfə alıb. 

Qeyd edək ki, “Paus Biru-1” kəşfiyyat quyusu  hasilatın aparıldığı Oyonq  qaz  yatağının 27 kilometr şərqində  qazılıb  və  yataqdan bu  yaxınlarda karbohidrogen hasil olunub.