07 noyabr 2018 15:53
2674

Əməkdaşlığın perspektivləri müzakirə edilib

SOCAR AQŞ və “Surqutneftqaz” ASC gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR AQŞ-də “Surqutneftqaz” ASC-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə SOCAR AQŞ-nin Azərbaycanda və Banqladeş Xalq Respublikasında həyata keçirdiyi qazma layihələri barədə məlumat verilib. “Ümid” və “Bulla” kimi mürəkkəb geoloji quruluşa malik yataqlarda aparılan qazma layihələri qonaqlarda zəngin təəssürat yaradıb.

Nümayəndə heyəti müəssisədə həyata keçirilən dinamik idarəetmə sistemi, rəqəmsal texnologiyaların tətbiqi, işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan yeni layihələrlə də tanış olub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.