08 noyabr 2018 14:49
2338

İsrail enerji təhlükəsizliyini möhkəmləndirəcək

İsrail hökuməti Aralıq dənizinin şərqində, İsrailə məxsus iqtisadi sularda 19 ofşor bloku neft və qaz kəşfiyyatı məqsədilə hərraca çıxaracaq.

“Aralıq dənizinin şərqində qaz kəşfiyyatı və hasilatına başlamaqla bağlı yeni lisenziyalaşdırma mərhələsinin keçirilməsi xəbərini paylaşmaq mənim üçün çox xoşdur. Bu, İsrailin qaz bazarının inkişafına xüsusi təsir göstərəcək bir hadisədir. Yeni beynəlxalq enerji şirkətlərinin ölkənin enerji sektoruna daxil olması rəqabəti artıracaq və İsrailin enerji təhlükəsizliyini möhkəmləndirəcək. İsrail və Avropa arasında sualtı kəmərin tikilməsi isə bizim üçün Yunanıstan, İtaliya və Avropanın digər hissələrinə qaz ixracına imkan yaradacaq”,- deyə ölkənin enerji naziri Yuval Steinitz açıqlayıb.

 Kəşfiyyat lisenziyaları şirkətlərə ilkin mərhələdə üç illik müddətə veriləcək. Kəşfiyyat üzrə işlər planı yerinə yetirilərsə, lisenziyaların müddəti daha iki il uzadılacaq.