13 noyabr 2018 14:26
2546

“Aspy” quyusu boş çıxıb

 Amerikanın “Hess Corporation” müstəqil kəşfiyyat və hasilat şirkəti  “Aspy” quyusunda əməliyyatların tamamlandığını və kommersiya xarakterli karbohidrogen ehtiyatının aşkar olunmadığını bildirib.

“Hess Corporation”  şirkətinin mətbuata verdiyi açıqlamada qazma işlərinin aparıldığı “Aspy” kəşfiyyat quyusunun “Nova Scotia” sahilində yerləşdiyini və ümumi dərinliyinin  7,400 metrə çatdığını qeyd edib. 

“Iki sahil” “oedigital.com”  saytına istinadən xəbər verir ki, quyunun operatoru “BP Canada” şirkətidir və “Hess” quyuda 50% payın sahibidir.

Xatırladaq ki, “Hess Corporation” dünyanın aparıcı qlobal müstəqil enerji şirkətidir və  xam neft və təbii qazın hasilatı ilə  məşğuldur.