St. Cloud Yanğınsöndürmə Departamentindən verilən məlumata görə, ABŞ-ın Sartel şəhərində yerləşən “Fouquette Avto” servisində baş verən partlayış nəticəsində 550 qallon neft sızaraq kanalizasiyaya tökülüb. Nümayəndə heyəti yanğın baş verən əraziyə gələrək ətrafa sızan neftin qarşısını almağa çalışıb. Təmizləmə işlərinə baxan rəhbərlik də əraziyə çağırılıb. Yanğın ayın 11-i gecə saat 23:15-də başlayıb və yanğına səbəb çəndəki neft olub. Servis sahibi hadisə zamanı salonda olub və yanacağın salondakı döşəməyə töküldüyünü, özünün isə pəncərədən çölə çıxdığını bildirib.
“İki sahil” “sctimes.com” saytına istinadən xəbər verir ki, yanğın sahibkara 450.000 dollar ziyan vurub, belə ki partlayışdan ətrafdakı binalara və mülklərə güclü ziyan dəyib.