14 noyabr 2018 14:45
2549

BP-nin qazdığı quyu boş çıxdı

BP şirkətinin Kanadada “Skotiya Hövzəsi” kəşfiyyat layihəsi üzrə qazdığı “Aspi” kəşfiyyat quyusunun dərinliyi 7400 metrə çatdırılsa da, orada sənaye əhəmiyyətli karbohidrogen ehtiyatı aşkar edilməyib. Xəbəri BP-nin layihə üzrə şəriki “Hess” korporasiyası açıqlayıb.

 “offshoreenergytoday.com” saytının yaydığı məlumata görə, sözügedən layihə üzrə seysmik tədqiqatların aparılması və dörd lisenziyada qazma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Lisenziyalarda şirkətlər hərəsi 50% paya sahibdir.

 Xatırladaq ki, BP “Aspi D-11” quyusunun qazma işlərinə iyul ayının sonlarından başlayıb.