Argentinanın “YPF” dövlət enerji şirkəti 2018-ci il üçün ümumi karbohidrogen hasilatı göstəricilərinin gözlənildiyindən 3-4% aşağı olacağını açıqlayıb. Şirkət bunu təbii qaza olan tələbatın azalması, diqqəti və investisiyanı daha çox “Vaka Muerta” şist neft layihəsinə yönəltməsi ilə əlaqələndirib.
Cari ilin ilk doqquz ayı ərzində “YPF” gündəlik 541 min barrel neft ekvivalenti həcmində karbohidrogen hasil edib ki, bu da ötən ilin müvafiq dövü ilə müqayisədə 3,2 % aşağı olub.
Şirkət 2019-2023-cü illər ərzində karbohidrogen hasilatını 5-7% yüksəltmək üçün bu istiqamətdə 4-5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.