17 dekabr 2018 19:40
2440

İcazəsiz ova cəhd edən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Əlikram İsmiyev olduğu müəyyənləşib. Ondan ov silahı götürülüb.

Faktla bağlı Ə.İsmiyev barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.