17 dekabr 2018 20:18
2585

Dəm qazı toyda 17 nəfəri zəhərlədi

İranın Həmədan vilayətində şadlıq sarayında dəm qazı 17 nəfərin zəhərlənməsinə səbəb olub.

Trend-in məlumatına görə, bunu İranın Həmədan vilayəti tibbi hadisələr və təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Abbas Övliya Səmi deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə Hesare Motəhhəri rayonunda baş verib. Zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

Zəhərlənənlər arasında 6 gənc qadın var. Hadisədə ölən olmayıb.