16 yanvar 2019 10:54
882

“Apple” şirkətinin satışı niyə azalıb?

“Apple” şirkəti məxsus olduğu İOS sistemli smartfonları, kompyuterləri, noutbukları, tabletləri  ilə daim  alıcıların diqqətini cəlb edir.  Həm sisteminin çətinliyi,  həm də bir  o qədər geniş, fərqli, özünəməxsus standartları ilə seçilir.

Funksiyalarının müxtəlifliyindən, dizaynından, malik olduğu xüsusi imkanlardan dolayı məhsullarına  müəyyənləşdirdiyi qiymətlərin yüksək olması ilə də seçilir. Digər elektrotexniki məhsullara baxdıqda, “Apple” şirkətinin təqdim etdiyi texnologiya alətlərinin bu cür baha olması onların müasir, son standartlara cavab verməsi ilə  əlaqələndirilir. Hər halda, iqtisadi bazarda  bu şirkətin  müəyyən alıcı qabilliyyəti formalaşıb.

Hər zaman  öz müştərilərinin fikirləri, istəklərini nəzərə alıb, fəaliyyət istiqamətlərini bu yöndə formalaşdırmağa çalışan şirkət 2018-ci ilin sonları və 2019-cu ilin əvvəlində bir-birindən fərqlənən bir sıra modelləri iqtisadi bazara təqdim ediblər.

“Apple” şirkətinin gözləntiləri isə  öz nəticəsini verməyib. Belə ki, satışlarda diqqətçəkən enişlər qeydə alınıb. Bəs bu   satış göstəricilərindəki sürpriz endirim nə ilə əlaqədardır?Satışının azalmasının əsas səbəbi isə   2018-ci ildə “Apple” in  başlatdığı “batareya dəyişimi” kampaniyasının keçirilməsi ilə əlaqələndirilib. Mütəxəssislərin fikrincə, bu  dəyişim kampaniyası istifadəçilərin marağına səbəb olub. Bir çox telefon sahibləri bu yenilik nəticəsində “Apple” mağazalarına üz tutublar. 11 milyon istifadəçi bu yenilikdən faydalana bilib.  Bu xidmətin haqqı isə 29 dollar müəyyən edilib. Aşağı  qiymətlə əldə edilən bu cür fayda, əksinə olaraq baha qiymətə iPhone XS ve iPhone XS Max modelli telefon almaqdan daha sərfəlidir.

Aparılan bu cür islahat şirkətin  satışdan əldə etdiyi maliyyə səviyyəsini endirsə də, istifadəçilərin çox ürəyincə olan bir dəyişimdir.

Bu  yeniliyin nə qədər müddət qüvvədə qalacağı isə sual doğuran məqamlardandır.

Yaqut Ağaşahqızı, “İki sahil”