16 yanvar 2019 11:25
228

Ötən il Belarusda 374 nəfər suda boğulub

Belarusda qış mövsümü başlayandan bəri 18 nəfər ölkə sularında boğulub.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Sularında Xilasetmə Birliyinin sədri Ənvər İqamberdiyev jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, 2018-ci ildə ümumilikdə 374 nəfər suda boğulub. Bu rəqəm son 46 ilin ən aşağı göstəricisidir. Lakin yeniyetmələrin sularda boğulma halları 16,3 faiz artıb. 2018-ci ildə Belarus sularında 30 yeniyetmə boğulub ki, bu da 2017-ci illə müqayisədə 5 fakt çoxdur. Qışda donmuş göllər üzərində hərəkət etməmək məsləhət görülür.