22 yanvar 2019 17:17
396

Çingiz Hüseynzadə EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcək

Yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin iclası işə başlayacaq. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, iki gün davam edəcək toplantıda Azərbaycanı EOC İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edəcək. 

Həmçinin, tədbir çərçivəsində EOC-un prezidenti Janez Kotsiyançiç, baş katib Rafael Paqnozzi hesabat xarakterli çıxış edəcəklər. İclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirakı gözlənilir.

"Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı və "Minsk-2019" II Avropa Oyunları da gündəlikdəki məsələlər sırasındadır.