22 yanvar 2019 17:57
432

Ermənistanda dövlət qurumları vətəndaşların şikayətlərini cavabsız qoyur

Ermənistan vətəndaşlarının dövlət qurumlarına şikayətlərinin cavabsız qalması halları iki dəfə artıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan ombudsmanının mətbuat xidməti məlumat yayıb.

Əgər 2016-cı ildə şikayətlərin cavabsız qalması ilə bağlı 38 hal qeydə alınmışdısa, 2017-ci ildə bu göstərici 46, 2018-ci ildə isə 109-a çatıb.

Şikayətlərin əsas hissəsi Müdafiə, Ədliyyə və Səhiyyə nazirlikləri, hökumət aparatı, İstintaq Komitəsi, polis, prokurorluq və Yerevan meriyasına ünvanlanıb.