07 fevral 2019 11:15
890

BP-nin gəlirləri çoxalıb

Böyük Britaniyanın BP enerji şirkəti 2018-ci ilin son rübündə gəlirlərinin proqnozları da ötərək, 65 % artması ilə bağlı məlumatı açıqlayıb. Artım BP-nin  “BHP” şirkətinin ABŞ-dakı şist aktivlərini alması ilə əlaqələndirilib.

Ötən ilin dördüncü rübündə şirkətin gəlirlərinin 2,63 milyard dollar civarında olması proqnozlaşdırılsa da, xalis gəliri 3,5 milyard dolları ötüb.

Ümumilikdə 2018-ci ildə BP-nin gəliri 2017-ci illə müqayisədə ikiqat yüksək olub və 12,7 milyard dollar təşkil edib. Analitiklər 2018-ci il üçün şirkətin gəlirlərini 11,88 milyard dollar həcmində proqnozlaşdırırdılar.