ABŞ-da yaşamaq istəyənlərin qeydiyyatdan keçdiyi və lotereya üsulu ilə açıqlanan "Yaşıl kart" (Green Card) sistemində dəyişiklik edilib.
Musavat.com-un məlumatına görə, bu barədə bəyanatı ABŞ Prezidenti Donald Tramp yayıb.
Yeni qaydalara əsasən, qaliblər artıq lotereya yox, xal üsulu ilə seçiləcək.
Trampın sözlərinə görə, təsadüfi seçim olmayacaq. Onun əvəzində ABŞ-da yaşamaq istəyənlərin iş, təhsil və bacarıq səviyyələri nəzərə alınacaq və xal sistemi də buna uyğun aparılacaq. Veriləcək "Yaşıl kart" sayında isə heç bir dəyişiklik olmayacaq.