07 iyun 2019 09:59
989

"Barselona" Buffonla müqavilə bağlamaq istəyir

İtaliyalı qapıçı Canluici Buffon ispaniyanın "Barselona" futbol klubunun oyunçusu ola bilər.

Trend-in məlumatına görə, fransanın "PSJ" klubu bildirib ki, 41 yaşlı qapıçı ilə imzalanmış müqavilənin müddəti artırılmayacaq.

C.Buffonla müqavilə 30 iyunda başa çatır. Həmin müddət ərzində məşhur italiyalı qapıçı 25 oyunda iştirak edib.

Məlumata əsasən, "Barselona" C.Buffonu rezerv qapıçısı kimi öz heyətində görmək istəyir.