01 iyul 2019 10:10
2515

Latviyanın Baltik Dənizi Ölkələri Şurasındakı sədrliyi bitib

Latviyanın Baltik Dənizi Ölkələri Şurasındakı sədrliyi iyunun 30-da bitib.

AZƏRTAC xəbər verir ki, bu posta rəhbərlik növbəti il üçün Danimarkaya keçib.

Şura 1992-ci ildə Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, Rusiya, Finlandiya, İsveç, Estoniya və Avropa İttifaqının Komissiyasının iştirakı ilə Kopenhagendə təsis olunub. 1995-ci ildə Şuraya İslandiya da üzv olub.

Latviya artıq üçüncü dəfədir ki, Şuraya rəhbərlik edib. Ölkənin rəhbərliyi dövründə əsas prioritet təhlükəsizlik və regionun dayanıqlığı, ərazidə inkişaf, iqlimin qorunması və mədəni irsin rəqəmsal yaddaşa köçürülməsi olub. Latviya Xarici İşlər Nazirliyinin hesabatında bu dövr üçün fəaliyyət qənaətbəxş hesab olunub.