İlk dəfədir beynəlxalq yarışda iştirak edirəm. Azərbaycandakı idman ab-havası bizi qələbəyə ruhlandırır.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında mübarizə aparan avstriyalı Anna Lena Ebster AZƏRTAC-a müsahibəsində deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu deyən tennisçi bildirib: “XV Avropa Gənclər Yay Olimpiya Festivalında ilk oyunumda qələbə qazandığım üçün çox sevinirəm. Ümid edirəm ki, keçirdiyim növbəti oyunlarda da qalib gələcəyəm”.