20 avqust 2019 21:19
2929

Rənglər sevgidən xəbər verir

Qırmızı rəng

Qırmızı sevginin və arzunun rəngidir. Sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyəcanverici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yaxşılaşdırır. Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə ehtiyatsız davranmaq kimi xarakterləri var.

Yaşıl rəng

İnam və hüzur verir. Buna görə də bankaların qapağında çox zaman yaşıl rəngdən istifadə olunur. Yataq otağı üçün ideal rəngdir. Yaşıl, həm də insanların yaradıcılıq qabiliyyətini artırır. Həmçinin yaşıl rəng olan yerdə insanların mədə ağrıları daha az olur. Sakitləşdirici təsirlə yanaşı, dostluq və şəfqət hissini də aşılayır, insanlara ümid bəxş edir. Yaşıla vurğun insanlar, durğun, ağırbaşlı və sabitliyə əhəmiyyət verir. Sevgidə azadlıq axtarırlar. 

Qara rəng

Gücü və qüvvəti təmsil edir. Qərbdə qara rəng matəmi təmsil edir, Orta Asiyada isə qara rəng sevinc deməkdir. Qara rəng fonda istifadə edilən zaman pessimistliyi əks etdirir. Qara rəngi bəyənənlər, arzulu, ehtiraslı, dominant və iqtidara sahib olan bir partnyor olurlar.

Mavi rəng

Sakitliyi təmsil edir. Sakitləşdirici və sərinləşdirici təsiri var. Ərəblər mavi rəngin qan dövranını azaltdığına inanırlar. Hüzur verir və gərginliyi yox edir. Xüsusən də açıq mavi tonları evdə mütləq istifadə edilməlidir. Bu rəngi sevənlərin həyatlarında inam və sədaqət əvəzolunmaz ünsürləridir. Sevgi dolu bir eşq yaşayırlar. Uğuru təmsil etməklərinə baxmayaraq, ən kiçik şübhə və inamsızlıq sevgilərinə mənfi təsir edir.

Göy rəng

Kosmik rəng kimi istifadə edilir. Sonsuzluğu, nüfuzu və məhsuldarlığı təmsil edir. Xüsusən də vacib iş görüşlərinə gedərkən bu rəngdən istifadə etmək məsləhətdir. Göy rəng geyinən insanlar özlərini daha xarizmatik və inamlı hiss edir. Buna görə də bir çox şirkətlərin loqosu göy rəngdə olur. Həzm sistemini gücləndirir. Özünü xüsusi hiss etdirir. Göy rəngi sevənlər çox danışılan və sensasiyalı sevgi axtarır.

Bənövşəyi rəng

Sinirləri və əsəbləri üzə çıxardığına görə, insanların şüur altında qorxu hissi yaradır. Hafizəni yeniləyən  bir hiss yaradır. Təntənə və dəbdəbənin ən son zirvəsidir. Bu rəngi sevənlər, səmimiyyətini ön plana çıxaran, xəyal dünyası zəngin, sənətə düşkün xarakterə malik olurlar. Sevgidə ruh əkizlərini axtarırlar.

Çəhrayı rəng

İnsanları rahat hiss etdirən və sakitləşdirən bir rəngdir. Buna görə də mağazaların önündə bu rəngdən istifadə edilir. Sevgi və uşaqlıq rəngidir, eyni zamanda şəfqət duyğularını da hərəkətə gətirir. Çəhrayı rəngi sevənlərin əyləncəli və həyəcanverici həyatları olur. Diqqət görmək istəyirlər.

Sarı rəng

Gəncliyin və cəlbediciliyin simvoludur. Sarı günəş rəngi olduğu üçün insanların gündəlik həyatına hakim rəngdir. Xüsusən də açıq sarı insana rahatlıq gətirir. Əsəbləri korlanmış insanlar sarı rəngin hakim olduğu bir məkanda özlərini daha yaxşı hiss edir. Sarı rəngi sevənlər, mübariz, ağıllı, intellektual bəzən isə inadcıl xarakterə malik olurlar.

Ağ rəng

Nüfuzu, təmizliyi simvolizə edir. Ağ rəng insanı tarazlaşdırır. Həmçinin ağ məsumluğun və saflığın rəngidir. Ağı rəngi sevənlər sevgidə mümkün qədər səmimi və mehriban olmağa çalışırlar.

Qəhvəyi rəng

İnsan xarakterini sürətləndirir. Qəhvəyi rəngin hakim olduğu yerdə uzun müddət oturmaq çətin olur. Bu rəngi sevənlərin sevgiləri çox təbii olur və paylaşmağı sevirlər.

Narıncı rəng

Şən olurlar. Sosiallaşmağı və yardım etməyi sevirlər. Bu rəngi sevənlər duyğusal və həssas xarakterə malik olur. Sevgidə yaradıcılıq qabiliyyəti yüksəkdir.

Röya Rasimqızı,

“İki sahil”