24 avqust 2019 16:31
1017

Məşhur rus futbolçusunda xərçəng aşkarlandı

Moskva “Spartak”ının və Rusiya millisinin sabiq futbolçusu Vasili Kulkov ağır xəstəliyə düçar olub.

Qol.az “Sport-eskpress”ə istinadən yazır ki, 53 yaşlı keçmiş futbolçuda mədə xərçəngi aşkarlanıb. 90-cı illərin tanınmış yarımmüdafiəçisi hazırda daimi həkim nəzarətindədir.

“Onun səhhətindki problem çox ciddidir” – deyə Kulkovun xanımı Yelena Kulkova bildirib.

Qeyd edək ki, Kulkov karyerası ərzində Portuqaliyada “Benfika” və “Portu”da da oynayıb.