Niyə bir çox fleboloq həkimlər üzgüçülük idman növünü aşağı ətraf varikoz genişlənmiş damarları üçün məsləhət görürlər?
Çünki üzgüçülük zamanı bütün əzələ qrupları fəaliyyət göstərir və ayaqların əzələləri xüsusilə aktiv vəziyyətdə olur. Bu fəaliyyət qanın yaxşı dövr etməsinə imkan verir, yəni varikoz genişlənmiş damarlarının simptomları azalır. Varikoz xəstəliyində tez-tez gündüz vaxtı ağrı və şişkinliklə ortaya çıxır.
Üzgüçülük zamanı dəri masaj olunur. Bu, suyun yumşaq şəkildə dəri səthinə təsiridir. Bu masaj etməklə bağlıdır. Suyun masaj hərəkətləri də ayaqların qan dövranını yaxşılaşdırır.
Bədəni təmizləyir. Bədənin təmizlənməsi çox mühüm bir prosesdir. Hər hansı bir gərginlik və ya risk faktorlarının təsiri altında şəxs xəstəliyin inkişafına daha az həssas olur.
Bədəndə çəki azalda bilər. Həddindən artıq çəki aşağı ətraf varikoz genişlənmiş damarları üçün aparıcı risk faktorlarından biri hesab edilir.
Yuxarıda qeyd olunanlara nəzərən üzgüçülük idman növü varikoz genişlənmiş damarlara rast gəlinən insanlar üçün ən yaxşı seçimdir.
Röya Rasimqızı,
“İki sahil”