Siqaret çəkmək saç və dırnaq sağlamlığı üçün əhəmiyyətli olan biyotinin bədəndə istifadəsini azaldır.
Siqaretdən istifadə orqanizmdə mənfi təsirlər yaradır. Belə ki, mütəmadi siqaret çəkənlərin qidalanması nisbətən fərqli olmalıdır.
Gündə 5-9 pay təzə tərəvəz və meyvə yeyin. Təzə meyvə və tərəvəzlər C vitamininin və antioksidantların zəngin qaynağıdır.
Yalnız bir növdə meyvə və tərəvəz yeməyin. Meyvələr və tərəvəzlər rənglərinə görə fərqli quruluşda antioksidantlar ehtiva edir.
Xırda tumlu meyvələrdən imtina etməyin. Albalı, böyürtkən, üzüm kimi meyvələr antioksidant baxımından çox zəngindir.
Həftədə ən azı 2 gün yumurta yeyin. Biyotinlə ən zəngin olan qida qaynağı yumurta sarısıdır.
Qidalanmanızda fol turşusuna da yer ayırın. Fol turşusu ilə zəngin olan qida məhsulları bunlardır - quru paxlalar, tünd yaşıl yarpaqlı tərəvəzlər və fındıq, fıstıq kimi yağlı çərəzlər.
Röya Rasimqızı,
“İki sahil”