11 sentyabr 2019 15:26
762

Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb

Türkiyənin Bitlis vilayətində avtobus yük avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, 10 nəfərin həlak olması barədə ilkin xəbər yayılıb.

Həlak olanların hamısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu da ölkədə yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatlığını ifadə etmişdi.