20 sentyabr 2019 10:56
1174

Çin şirkəti ilə 3 müqavilə imzalanıb

Sentyabrın 20-də Çinin “CAMCE” şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında anlaşma memorandumları, həmçinin "AS Group İnvestment" MMC ilə mühəndislik, inşaat və təchizat müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma İqtisadiyyat naziri Şahin Mustafayevin Çinin Maşınqayırma Sənayesi Kooperasiyasınin (SINOMACH) tabeliyində fəaliyyət göstərən “CAMCE” şirkətinin prezidenti, Korporasiyanın bazar araşdırmaları üzrə direktoru Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.