Sentyabrın 27-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin həyata keçirəcəyi quraşdırma işləri ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb. Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə verilir.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində tranzit həcmi 4 milyon tona çatdırılıb