ABŞ-ın Kaliforniya ştatının Santa Barbara əyalətinin yanğınsöndürənlərinin verdikləri məlumata görə, Santa Mariya şəhərində yerləşən “ERG Operating Company” şirkətinin yaxınlığında ötən həftənin cümə günü neft sızması müşahidə olunub. Yanğın departamenti hadisənin ilkin olaraq 11:45 radələrində Bell Lease adlı ərazidə qeydə alındığını bildirib .
“Iki sahil” “edhat.com” saytına istinadən xəbər verir ki, mütəxəssislər sözügedən ərazidən əməliyyat zamanı su ilə qarışıq 330 barrel neft aşkar ediblər. Sızmanın ətraf mühitə təsirinin olmadığı qeyd edilib.
Neft və qaz mütəxəssisləri hadisənin səbəbini və əks təsirlərini araşdırırlar.