Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 millimetr olan qaz xəttinin üzərinə aşıb. Bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz”ın Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində tranzit həcmi 4 milyon tona çatdırılıb