07 oktyabr 2019 14:20
823

Deputat avtomobillə uşağı vurub qaçdı - VİDEO

Rusiyada Novorossiysk şəhər dumasının deputatı Vitali But piyada keçidində yolu keçməyə çalışan uşağı idarə etdiyi "Range Rover" markalı avtomobillə vuraraq hadisə yerindən qaçıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, qəzanın oktyabrın 4-də baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə zamanı deputat sükan arxasında sərxoş vəziyyətdə oturub.

Məlumata görə, deputat artıq saxlanılıb. Onun barəsində iki - qəza yerindən qaçma və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi maddələri əsasında cinayət işi açılıb.