16 oktyabr 2019 21:12
681

Luka Modriç zədə səbəbindən “El-Klassiko”nu buraxacaq

Xorvatiya milli komandasının və İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Luka Modriçin vəziyyətinə aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels-Xorvatiya qarşılaşmasının 90-cı dəqiqəsində əzələsindən zədələnib.

Yarımmüdafiəçi UEFA Çempionlar Liqasında “Qalatasaray”la və İspaniya çempionatında əzəli rəqibləri “Barselona” ilə görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Madrid təmsilçisi “Qalatasaray”la oktyabrın 22-də, “Barselona” ilə isə oktyabrın 26-da qarşılaşacaq. Kral klubu hər iki görüş səfərdə keçirəcək.