13 noyabr 2019 15:10
708

İtaliyanın bir sıra şəhərlərini sel basıb

İtaliyanı bürüyən güclü külək və yağışlar ölkənin müxtəlif yerlərində təbii fəlakətlərə səbəb olub.

AZƏRTAC xəbər verir ki, yağan yağışlar Adriatik dənizinin səviyyəsinin 90-120 santimetr qalxmasına səbəb olub və ətraf əraziləri su basıb. Mütəxəssislərin proqnozlarına görə suyun səviyyəsi qalxmaqda davam edəcək. Bununla bağlı bir çox yollar bağlanıb, gediş-gəliş kəsilib. Əsas ziyan isə turistlərin bol olduğu və İtaliyanın məşhur şəhərlərindən olan Venesiyaya dəyib. Şəhərin 50 faizi su altında qalıb.

Ziyan çəkən digər şəhərlər isə Kalabriya, Apuliya, Bazilikata və Siciliya adasıdır. Bu ərazilərin bir çoxunda məktəblərdə dərslər təxirə salınıb.