06 dekabr 2019 16:15
877

YAP deputatlarının Milli Məclisin buraxılması müraciəti haqqında xəbər

“Daily News Hungary” nəşrində YAP deputatlarının Milli Məclisin buraxılması müraciəti haqqında xəbər dərc olunub

Macarıstanın nüfuzlu “Daily News Hungary” nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin Yeni Azərbaycan Partiyasının parlamentdəki deputatlarının Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan sosial-iqtisadi və dövlət idarəçiliyi sahələrində köklü islahatların dəstəklənməsi üçün Milli Məclisin buraxılması barədə müraciəti haqqında xəbərini dərc edib. (https://dailynewshungary.com/azerbaijani-parliament-appeals-to-president-for-its-dissolution-and-early-elections/).

AZƏRTAC xəbər verir ki, xəbərdə parlament fraksiyasının üzvlərinin islahatlara dəstək göstərmək barədə müraciətindən bəhs olunur. Qeyd edilir ki, deputatlar parlamentin yeni heyətinin ölkədə gedən yenilənmə prosesində əlavə hərəkətverici qüvvəyə çevriləcəyini hesab edirlər.