12 dekabr 2019 15:50
617

BANM vakant dekan vəzifəsinin tutulması üçün müsabiqə elan edir

Mühəndislik fakültəsinin dekanı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində  fakültənin profilinə uyğun, elmi ad və elmi dərəcəyə və ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, fakültənin inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər. 

Məlumat üçün onu da bildiririk ki, BANM-də  çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, fakültənin inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 13 yanvar 2020-ci il tarixinədək CV-lərini,  yuxarıda qeyd olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Əlavə məlumat almaq üçün (012) 521-33-57 nömrəli telefonla əlaqə saxlaya bilərlər.